• $
  • £

İcra hakimiyyətləri LƏĞV EDİLİR - Yeni struktur formalaşdırılır

İcra hakimiyyətləri LƏĞV EDİLİR - Yeni struktur formalaşdırılır
24.12.2022 09:36
Son günlər Naxçıvan Muxtar Respublikasında baş verənlər ölkənin əsas gündəm mövzusu olaraq qalır. Belə ki, ilk olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 27 il rəhbərlik edən Vasif Talıbov səhhəti ilə bağlı problemləri əsas gətirərərk istefa verdi. Ardınca Prezident İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı. Sərəncama əsasən Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olundu. Daha sonra İlham Əliyev daha bir sərəncam imzalayaraq, Fuad Nəcəflini Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin etdi.
 
Artıq uzun illərdir icra hakimiyyəti strukturlarından daxil olan şikayətlər, bəzi icra başçılarının özbaşınalığı, hətta bir çoxunun həbsilə nəticələndi. Görünən odur ki, bu struktur dövrün tələblərinə uyğun gəlmir. Bütün bunların fonunda icra hakimiyyəti strukturunun tədricən ləğv olunacağı barədə fikirlər dolaşır. İddialara görə bir müddətdən sonra idarəetmədə əsaslı dəyişiklik olacaq və artıq yerlərdə icra hakimiyyətləri və icra başçıları olmayacaq.
 
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, hadisələrin gedişi həqiqətən də, icra hakimiyyətlərinin ləğvinə aparır:

"Əlbəttə, hadisələrin gedişi göstərir ki, prespektivdə icra hakimiyyəti srukturu aradan qalxacaq. Məsələn, bu gün rayon şöbələrinin ləğv edilib, regional idarələrin yaradılması təsadüfi deyil”.

Əsas idarəetmə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlikləri tərəfindən aparılacaq:

"Hazırda Azərbaycanda 14 iqtisadi region var. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəlikləri bu 14 iqtisadi regionu da əhatə edir. Hələlik bu idarəetmə strukturu Qarabağda və Naxçıvanda tətbiq edilir. Ancaq ötən iki il göstərir ki, yeni idarəetmə modeli çox uğurludur. Belə olan halda məsələlərə birbaşa Prezident nəzarət edə bilir”. (modern.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol