• $
  • £

Prezident: "Sentyabr əməliyyatı bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq"

Prezident:
24.12.2022 15:01
Sentyabr əməliyyatı bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq.

Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.

"Bu il bir çox önəmli hadisələr baş verib. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir", - Azərbaycan lideri söyləyib.

"Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər", - deyə dövlət başçısı vurğulayıb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol