• $
  • £

Rəsmi Bakı sülhməramlılardan separatçıların təhvil verilməsini İSTƏMƏLİDİR

Rəsmi Bakı sülhməramlılardan separatçıların təhvil verilməsini İSTƏMƏLİDİR
24.12.2022 16:02
Azərbaycan dövləti Laçın yolunda yaranmış hazırkı situasiyadan istifadə edib müvafiq addımlar atmalıdır.

Bunu siyasi şərhçi Nazim Cəfərsoy Qarabağ separatçılarının Laçın yolunun bağlanmasından sonra aqressivləşməsinə münasibət bildirərkən deyib.
 
Onun fikirncə bu mərhələdə aşağıdakıları edilməlidir:
 
"1. Rəsmi şəkildə Rusiya sülhməramlılarına Qarabağda qanunsuz silahlı erməni dəstələrində olan şəxslərin konkret siyahısı verməli, hamısının ya ölkədən çıxarılmasını, ya da Azərbaycana təhvil verilməsini istəməliyik.
 
2. Rəsmi şəkildə Rusiya sülhməramlılarına Qarabağda özünü qondarma rejimin "rəsmi nümayəndələri" olaraq təqdim edən şəxslərin siyahısı verilməli, onların cinayətkar olduğu bildirilməli və hamısının Azərbaycana verilməsini tələb etməliyik”.

Ekspertin sözlərinə görə, təbii ki, Rusiya sülhməramlıları bu tələblərə müsbət cavab verməyəcəklər:


"Ancaq bu tələblərin ciddi siyasi, hüquqi, təhlükəsizlik və psixoloji təsirləri olacaq.

Yenə bu proses çərçivəsində Azərbaycan aşağıdakıları da elan etməlidir:

- 10 noyabr bəyannaməsi ilə bölgədə müvəqqəti missiya yerinə yetirən Rusiya sülhməramlıları xaric, silahlı qanunsuz erməni qrupları qalmamalıdır. Qeyd edilməlidir ki, bu bəyanata zidd olaraq artıq iki ildir Qarabağda mövcud olan hərbi xarakterli maneələr, onları gücləndirən hər kəs və silah gəzdirənlər legitim hədəf kimi qiymətləndiriləcək!!!
 
- Özünü Qarabağda qondarma rejiminin rəsmi nümayəndəsi kimi təqdim edən hər bir şəxs legitim hədəf kimi qiymətləndiriləcək!
 
Ondan sonra isə Azərbaycan daha əvvəl uğurla etdiyi geosiyasi həmlələri ilə uyğun  mühit hazırlayıb – hansı ki, bu gün mənzərə xeyli lehimizədir - ancaq vaxtı da uzatmadan öz suveren ərazilərində cinayətkarları ələ keçirmək hüququnu faktiki gerçəkləşdirməlidir”.


Siyasi şərhçinin fikrincə, Qarabağdakı cinayətkarların həbsi ilə bağlı əməliyyatları DTX, DİN və XTQ həyata keçirməlidir.

"Bu konteksdə bütün qanunsuz hərbi postlar PUA-lar tərəfindən bir gündə darmadağın edilməlidir.
Yenə bu kontekstdə Qarabağdakı əsas cinayətkarları tutub Bakıya gətirib mühakimə etmək lazımdır”.

Qarabağ separatçılarının qondarma "dövlət naziri” Ruben Vardanyan bu gün təxribata yönəlik çağırış səsləndirib.

Vardanyan "şadam ki, mənim adım ətrafında belə müzakirə gedir” deyə Azərbaycan tərəfinin onun Qarabağdan çıxıb getmə tələbinə cavab verib.

O, Qarabağ ermənilərini revanşist addım atmağa səsləyib:

"Bütün bunlara son qoymağın vaxtıdır. Artıq yolu açmaq və "Artsax hakimiyyəti” ilə danışıqlar masasına oturmağın zamanıdır”, - o əlavə edib.
Xatırladaq ki, dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvadakı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Ruben Vardanyanın Qarabağı tərk etməli olduğunu bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol