BQXK-nin avtomobillərinin müşayiəti ilə Xankəndindən Ermənistana müalicə üçün 2 xəstə aparılıb
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə Xankəndidən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə dekabrın 25-də saat 08:30-da Edita Osipyan (kəskin diabet və ürək xəstəliyi), İrina Viktorovna Avetisyan (xərçəng) və onun həyat yoldaşı - Davit Avetisyan, oğlu Arthur Davidovic Avetisyan komitənin əməkdaşlarının müşayiəti ilə 3 ədəd komitəyə məxsus minik avtomobili ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
www.anews.az