• $
  • £

Anna Akopyan Qarabağ ermənilərinə: “Uşaqların arxasında gizlənməyə son qoyun”

Anna Akopyan Qarabağ ermənilərinə: “Uşaqların arxasında gizlənməyə son qoyun”
25.12.2022 15:18
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Qarabağ ermənilərini azyaşlı uşaqlardan siyasi məqsədlər üçün sui-istifadə etməkdə suçlayıb.

Bu barədə Anna Akopyan feysbukda gileylənib.

"2020-ci il dekabrın 25-də Ermənistan KİV-də bu başlıqlı materiallarla dolmuşdu: "Xankəndində qalmaqal. Qarabağ sakinlərinin xahişi ilə Anna Akopyanın fondu tərəfindən quraşdırılan çadırlar və milad yolkası sökülüb”.

Həqiqətən də, yolka və uşaq pavilyonlarını sökdülər, tədbir ləğv olundu. Kiçik qəlblərinə müharibənin bütün qəddarlıqlarını sığdıran uşaqlara üçgünlük də olsa acı həqiqətdən qopmağa qoymadılar. Böyüklər, anladığınız kimi, qəlbsizdir. Özü də onlardan bu heç tələb də olunmurdu”, - ixtisasca jurnalist olan Anna Akopyan qeyd edib.

Təşkil olunmuş tədbir böyüklər üçün deyildi: "Onlar nə plastilindən evciklər qurmalı, nə kimyəvi təcrübələr aparmalı, nə də nağıllar danışmalı idilər”.

Baş nazirin həyat yoldaşı bildirib ki, heç bir konsertin planlaşdırılmamasına baxmayaraq, Qarabağ erməniləri uşaqlara qarşı eqoistcə davranıb:

"Qısası, böyüklərin uşaqlara qarşı daha eqoist davranışı ola bilməzdi. Ancaq, görünür, bu sadəcə başlanğıc idi. İndi də həmin böyüklər eyni uşaqların əlinə ürəkağrıdan yazılar verir, yolkaların qarşısına qoyur, şəkil çəkdirirlər. Onlar uşaqlara kədərli mətnləri əzbərlədir və videolar çəkir, onların iştirakı ilə müxtəlif aksiyalar təşkil edir və mərhəmət hissini oyatmaq və çadırları sökmək üçün dünyanın hər yerinə aparırlar”.

Anna Akopyanın sözlərinə görə, valideynlər 3, 4, 5 yaşlı övladlarına siyasi mövzulu daxil olmaqla müxtəlif mətnlər əzbərləməyə məcbur edirlər:

"Uşaqların ərazi məsələlərindən başı çıxmır və suallar isə mütləq ortaya çıxacaq. Onlar heç vaxt başa düşməyəcəklər ki, Xankəndinin mərkəzində onlar üçün qurulmuş çadırlar necə oldu ki, atalar və anaları tərəfindən bu qədər asanlıqla söküldü. Bu sual, şübhəsiz ki, böyüklərə ünvanlanacaq və çətin ki, təsəlliverici cavab tapa biləcəklər”.

Paylaşımın sonunda Baş nazirin həyat yoldaşı Qarabağ ermənilərinə müraciət edib:

"Nə vaxtsa uşaqların, 18-20 yaşlı əsgərlərin arxasında gizlənməyə son qoymalıyıq. Və o gün nə qədər tez gəlsə, faciələrimiz bir o qədər tez bitəcək”. (report.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol