• $
  • £

Vardanyan-Arutyunyan cütlüyünün dəstəsi Xankəndi sakinlərini faktiki girov saxlayır

Vardanyan-Arutyunyan cütlüyünün dəstəsi Xankəndi sakinlərini faktiki girov saxlayır
25.12.2022 16:50
Vardanyan-Arutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Xankəndi sakinlərini faktiki girov saxlayır və öz məkrli niyyətlərini həyata keçirməyə çalışır.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

"Ermənistan hakimiyyəti, o cümlədən Xankəndidəki separatçı dəstənin başçıları öz ənənəvi xislətlərindən əl çəkmirlər. Əslində bunu ənənəvi erməni xisləti də adlandırmaq olar. Belə ki, bir tərəfdən Paşinyan rejimi Azərbaycanla sülh sazişi imzalanmasını müxtəlif bəhanələrlə uzadır və ərazilərimizdə hələ də silahlı dəstələrini saxlamaqda davam edir. Digər tərəfdən də Laçın-Xankəndi yolu açıq olsa da, quldur dəstəsi saxta böhran görüntusu yaratmaq üçün sadə insanların o yoldan istifadə etməsinə imkan vermir", - deputat bildirib.

Vüqar İskəndərov qeyd edib ki, xaricdəki bəzi ermənpərəst güclər belə bir absurd iddia ilə çıxış edir ki, guya Xankəndidəki ermənilər blokadadırlar:

"Buna səbəb dekabrın 12-dən etibarən azərbaycanlı ekofəalların, ictimaiyyət nümayəndələrinin sülhməramlıların postu yaxınlığında keçirdikləri etiraz aksiyasıdır. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun əraziyə gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. Özü də bu, tamamilə dinc aksiyadır. Aksiya iştirakçıları humanitar məqsədli yüklərin, avtomobillərin ərazidən keçməsinə hər cür şərait yaradırlar ki, bu da ermənilərin və onların xarici havadarlaırnın iddialarını tamamilə puç edir”.

Deputat vurğulayıb ki, aksiyanın 14-cü günündə Şuşadan keçən Xankəndi-Laçın yolunda mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb:
 
"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha üç avtomobili Laçın yolundan maneəsiz şəkildə hərəkət edib. Göründüyü kimi, hər şey aydındır. Bu faktın özü separatçıların, Ermənistan hakimiyyətinin və xarici havadarların azərbaycanlıların guya Laçın yolunu bağladıqlarına və avtomobillərin buraxılmadığına dair məlumatlarının saxta olduğunu təsdiqləyir". (report.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol