Böyük Britaniyanın rəqəmsal gəlir vergisinin tətbiqi növbəti iki il üçün təxirə salınıb

Böyük Britaniyada milyonlarla özünüməşğul insanın və ev sahiblərinin gəlir vergisi hesabatını necə təqdim etməsinə dair böyük dəyişiklik hökumətin İT sistemlərinin zəif sınaqdan keçirildiyi və vergi ödəyicilərinin islahatlardan az məlumatlı olması ilə bağlı tənqidlərdən sonra üçüncü dəfə təxirə salınıb.
Bu barədə "Financial Times” məlumat yayıb.
Xəzinədarlıq elan edib ki, HM Revenue & Customs's Making Tax Digital sxeminin öz-özünə hesablanan gəlir vergisi üçün məcburi istifadəsi iki il 2026-cı ilin aprel ayına təxirə salınacaq. Səmərəliliyi artırmaq və saxtakarlığı azaltmaq üçün nəzərdə tutulan sxem ilk dəfə 2015 elan edilib və yeni proqram təminatı vasitəsilə vergi bəyannamələrinin illik deyil, rüblük hesabat verilməsini tələb edəcək.
Hökumət, həmçinin aşağı həddin kiçik biznesə çox böyük yük qoyacağından narahat olduğundan MTD (Vergilərin rəqəmsallaşdırılması ) üçün illik gəlir həddini 2026-cı ilin aprelindən £50,000-a dəyişib. Hədd 2027-ci ilin aprelindən etibarən 30,000 funt-sterlinqə endiriləcək.
Lida Abbaslı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 