Paşinyan - Rusiya Laçın dəhlizinin bağlanması ilə bağlı izahat verməlidir
Rusiya Qarabağda əhalinin təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürüb və yaranmış vəziyyətlə bağlı izahat verməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı Nazirlər Kabinetinin iclasında deyib.
Paşinyan bildirib ki, hazırda Laçın dəhlininin qarşısının alınması üçün rusiaydan yol xəritəsi gözləyir.
"Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üçün konkret öhdəlik götürmüş Rusiya Federasiyası və Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qüvvələri vəziyyətlə bağlı aydın izahat verməlidir. Rusiya Federasiyası vəziyyəti necə qiymətləndirir, nə edir. Laçın dəhlizinin bərpası üçün onun planı və yol xəritəsi varmı?Bunlar Ermənistan Respublikasının, Qarabağ ictimaiyyətinin Rusiya Federasiyasından cavab gözlədiyi suallardır" - baş nazir bildirib.
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb.
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Gülnar Nazimqızı
www.anews.az