Rusiya Ermənistan və Azərbaycan ilə müttəfiqlik münasibətlərini nəzərə alır
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ən yüksək səviyyədə üçtərəfli sazişlərin bütün spektrindən istifadə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Rusiya Federasiyasının Ermənistana dəstək üçün hansı tədbirləri gördüyü ilə bağlı sualı cavablandırarkən bildirib.
"Biz həm Ermənistan, həm də Azərbaycan məsələsində müttəfiqlik öhdəliklərini nəzərə alırıq. Buna görə də, bir vasitəçi olaraq, biz həmişə bu funksiyanı səmərəli şəkildə yerinə yetirməyə imkan verən bir mövqeyi təşviq edirik. Və həqiqətən ümid edirəm ki, Ermənistanda insanlar bundan xəbərdardır”, - diplomat bildirib.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Gülnar Nazimqızı
www.anews.az

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan daha əvvəl demişdi ki, Ermənistan öz suverenliyini qorumaq üçün Rusiyadan kömək gözləyir və İrəvan müvafiq addımlar gözləyir.
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.
Bir çox ölkələr hər iki ölkəni gərginliyi azaltmağa çağırıb.