Deputat Parlamentdə Bakının tıxac probleminin həll olunması üçün təklif verib - VİDEO
Bakının tıxac problemini həll etmək üçün şəffaf tender keçirməklə xarici mütəxəssissləri təcili Azərbaycana cəlb etmək etmək lazımdır. Bunu Parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
"Avtobuslarda,metrolarda hərəkət etmək mümkün deyil. Təklif edirəm ki, şəffaf tender keçirib hansısa bir şirkəti ölkəyə dəvət edək. Onlar öz təklifləri ilə bu problemin həlli üzrəində işləsin. Bunun yolunu tapmalıyıq. Bu problem iqtisadiyyatımıza ziyan vurur"- deputat bildirib.
Deputat həmçinin Xankəndi yolunda keçirilən aksiyalara Ermənistanın mənfi münasibətinə cavab olaraq Naxçıvanda aksiyaların keçirilməsini təklif edib.
"Təklif edirəm ki, erməniləə adekvat cavab verək. Naxçıvanda mitinq keçirib yolun açılması tələbi ilə tədbirlər keçirməklə gündəmə gətirək. Dünyanın bütün kanalları Xankəndi yolundakı aksiyaya yönəlib. Təbliğatda uduzmamaq üçün biz də bu addımı ataq"- Fazil Mustafa deyib.
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb.
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır.
Gülnar Nazimqızı
www.anews.az