Milli Məclis "payız sessiyası"nın hesabatını verdi - VİDEO
Milli Məclis "Payız Sessiyasında 206 qanun və qərar qəbul edib. Bunu parlamentin sonuncu iclasında Milli Məclisin spikeri Sahibə Qafarova bildirib.
2022-ci ildə isə 37 plenar iclas, 320 qanun və qərara baxılıb.
Payız sessiyasında 10 dinləmə keçirilib. Bir neçə bəyanatlar qəbul olunub. Fransa senatının qərarlarına etiraz hazırlanıb. Bir sıra məsələlərlə bağlı xarici ölkələrin parlamamentlərinə məktublar göndərilib.
4 qazi və bir şəhid anası Parlamentdə işlə təmin olunub. Milli Məclisə daxil olan 20 000 vətəndaşın məktubuna baxılıb. 2700 vətəndaş qəbulu keçirilib.
85 deputat 292 dəfə 14 ölkəyə ezam olunub.
42 xarici dövlətin rəsmiləri Parlamentdə olub. Bakı bu il 4 böyük tədbirə ev sahibliyi edib.
Bir çox komitə iclasları Şuşada keçirilib.
Gülnar Nazimqızı
www.anews.az

Spiker bütün deputatları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Himn səsləndirilməklə parlamentin iclası başa çatıb.
Gülnar Nazimqızı
www.anews.az