Azərbaycanın valyuta ehtiyatları 12,3% artıb - Mərkəzi Bank

Azərbaycanın strateji valyuta ehtiyatları 11 ayda 12,3% artaraq 59,8 milyard dollara çatıb. Bu barədə Mərkəzi Bank məlumat yayıb.
"11 ayda ölkənin strateji valyuta ehtiyatları 12,3% və ya 6,5 milyard dollar artaraq 59,8 milyard dollara çatıb”, - bu barədə ölkənin Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında bildirilir.
Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın ehtiyatları, Dövlət Neft Fondunun vəsaitləri və Maliyyə Nazirliyinin xəzinədarlıq fondları hesabına formalaşır.
Azərbaycan Mərkəzi Bankı 2023-cü il üçün uçot dərəcəsi ilə bağlı qərarların dərc edilməsi cədvəlini təsdiqləyib.
Belə ki , bəyanata əsasən, qərarlar fevral, 29 mart, 3 may, 21 iyun, 26 iyul, 20 sentyabr, 1 noyabr və 20 dekabr tarixlərində dərc ediləcək.
Mərkəzi Bank qeyd edir ki, 2022-ci ildə faiz dəhlizinin parametrləri 9 dəfə müzakirə olunub.
"Ümumilikdə, 2022-ci ildə uçot dərəcəsi 100 baza bəndi - 7,25%-dən 8,25%-ə yüksəldilib”, - Mərkəzi Bank vurğulayır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər