• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Azərbaycanda ev təsərrüfatlarının 82%-i inflyasiya gözləyir

Azərbaycanda ev təsərrüfatlarının 82%-i inflyasiya  gözləyir
30.12.2022 16:23
Azərbaycanda ev təsərrüfatlarının 81,9%-ni inflyasiya gözləyir, bu barədə Mərkəzi Bank məlumat yayıb.

"Dekabrda ev təsərrüfatları arasında aparılan sorğu göstərib ki, onların 81,9%-i inflyasiya gözləyir. Bununla yanaşı, respondentlərin 22,4%-i inflyasiyanın sürətlənəcəyinə inanır”, "İnterfaks-Azərbaycan” ölkə Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatına istinadən xəbər verir.

Mərkəzi Bankdan verilən məlumata görə, real sektorda fəaliyyət göstərən müəssisələr arasında aparılan monitorinqlər göstərib ki, qeyri-neft sənayesində və tikintidə inflyasiya gözləntiləri azalıb, ticarət və xidmət sahələrində isə əksinə, artıb.

Mərkəzi Bank Azərbaycanda inflyasiyaya idxal faktorunun birbaşa və ya dolayısı ilə əhəmiyyətli dərəcədə təsir etdiyini qeyd edir. O cümlədən, bu ilin 10 ayı ərzində idxal olunan malların qiymətlərində illik artım 22,1% təşkil edib.

Bununla yanaşı, noyabrda illik inflyasiya 15,1%, orta illik inflyasiya 13,8%, baza inflyasiyası isə 14,7% təşkil edib.

Bundan əlavə, cari ildə inflyasiyaya ərzaq məhsullarının bahalaşması əhəmiyyətli dərəcədə təsir göstərmişdir. O cümlədən, noyabrda istehlak malları üzrə illik inflyasiya 20,1%, qeyri-ərzaq məhsulları üzrə 12,1%, xidmətlər üzrə 10,7% təşkil edib.

"Beynəlxalq ekspertlərin fikrincə, yalnız 2024-cü ildə bir çox ölkələrdə inflyasiya səviyyəsi bu ölkələrin Mərkəzi Banklarının proqnozlaşdırdığı dəhlizə qayıdacaq. Dünyadakı hazırkı geosiyasi vəziyyət yüksək qeyri-müəyyənliklə xarakterizə olunur ki, bu da inflyasiya səviyyəsinin proqnoz dəhlizlərindən kənarda qalması riskini özündə saxlayır”, - deyə Mərkəzi Bank vurğulayır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol