• $
  • £

Filippində daşqın qurbanlarının sayı 50 nəfərə çatıb

Filippində daşqın qurbanlarının sayı 50 nəfərə çatıb
02.01.2023 11:55
Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb, 21 nəfər hələ də itkindir.

Bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının bazar ertəsi dərc olunmuş hesabatında qeyd olunub.

Daşqınlar ölkənin 10 regionunda 583,4 mindən çox insana ziyan vurub.

Milli Şuranın məlumatına görə, hazırda 51,4 min məcburi köçkün 95 təxliyyə məntəqəsindədir. Azı 1,42 min nəfər əvvəlcədən evlərini tərk edib, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölkənin 9 regionunda təbii fəlakətlə bağlı 469 hadisə, o cümlədən daşqınlar və sürüşmələr qeydə alınıb.

Təbii fələkət 4,54 min evə ümumilikdə 54,8 milyon peso (985,8 min ABŞ dolları) dəyərində ziyan vurub. 95 infrastruktur obyektinə dəyən ziyan 1,13 milyard peso (20,4 milyon ABŞ dollar), kənd təsərrüfatına dəyən ziyan isə 245 milyon peso (4,4 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir. Daşqınlar 140 yol və 14 körpüyə ziyan vurub, 19 dəniz limanının işinə əngəl yaradıb. 63 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb, lakin artıq 62 şəhərdə elektrik enerjisinin verilməsi bərpa edilib, bəzi yerlərdə su təchizatında problemlər qalmaqdadır.

67 şəhər və 71 bələdiyyədə təhsil müəssisələrində dərslər və müəssisələrdə iş dayandırılıb. 22 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hökumət yardım üçün artıq 48,2 milyon peso (865,8 min ABŞ dolları) ayırıb. (report.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran bayraqlı tankerləri ələ keçirib
Dünya 10:07
ABŞ İran bayraqlı tankerləri ələ keçirib
Pentaqon: Hörmüz boğazındakı minaların təmizlənməsi altı ay vaxt alacaq
Dünya 23:09
Pentaqon: Hörmüz boğazındakı minaların təmizlənməsi altı ay vaxt alacaq
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
Dünya 19:03
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
Türkiyənin Ağrı vilayətində 4.3 maqnitudalı zəlzələ olub
Dünya 18:51
Türkiyənin Ağrı vilayətində 4.3 maqnitudalı zəlzələ olub

Ukraynaya 90 milyard avroluq kredit ayrılıb
Dünya 17:12
Ukraynaya 90 milyard avroluq kredit ayrılıb

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib
Dünya 16:18
Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib
Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq
Dünya 15:26
Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq
Tramp İrana diplomatik həll üçün üç-beş gün vaxt verib
Dünya 13:56
Tramp İrana diplomatik həll üçün üç-beş gün vaxt verib
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol