Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə sədr təyinatı ilə bağlı sərəncam bu gündən qüvvəyə minib
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə hakim və sədr təyinatı ilə bağlı sərəncam bu gündən qüvvəyə minib.
Bu, Prezident İlham Əliyevin 2022-ci ilin dekabrın 28-də imzaladığı müvafiq sərəncamda öz əksini tapıb.
Dövlət başçısının sərəncamı ilə Hüseyn Məmməd oğlu Məmmədov yenidən Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
Həmin sərəncam 2023-cü il yanvarın 2-dən qüvvəyə minir.
www.anews.az