• $
  • £

İstanbul Hava Limanından 65 milyondan çox sərnişin daşındığı proqnozlaşdırılır

İstanbul Hava Limanından 65 milyondan çox sərnişin daşındığı proqnozlaşdırılır
02.01.2023 21:00
İstanbul Hava Limanından 2022-ci ildə 65 milyondan çox sərnişin daşındığı proqnozlaşdırılır.

Bu barədə məlumatı İstanbul Hava Limanının baş meneceri Kadri Samsunlu deyib.

2022-ci ilin 11 ayında daxili uçuşlardan 14 milyon 775 min 573 sərnişin, beynəlxalq xətlərdən isə 44 milyon 288 min 618 sərnişin istifadə edib: "Yanvar-noyabr dövründə İstanbul Hava Limanından cəmi 59 milyon 64 min 191 nəfər istifadə edib".

İstanbul Hava Limanı istifadəyə verildiyi üçüncü ilin sonunda sərnişindaşıma göstəricilərində yenidən Avropada birinci olub: "Biz buna çox sevinirik. Həm yük, həm də sərnişindaşıma üzrə göstəricilərimizi artıraraq çox uğurlu bir ili geridə qoyuruq. 2023-cü il üçün həm turizm, həm logistika, həm də nəqliyyat sektorları üçün çox ümidliyik. Hər yeni başlanğıc vacibdir, lakin 2023-cü il bizim çox müsbət və ümidlə başlayacağımız ildir".

2021-ci il 37 milyon sərnişinin daşıması ilə başa vurulub: "Bu il biz 68 milyon sərnişin daşınmasına yaxınlaşacağıq ki, bu da pandemiyadan əvvəlki göstəricimiz idi. Gələn il üçün istər "Türk Hava Yolları"nın böyüməsi, istərsə də İstanbul Hava Limanından uçmağa başlayan yeni hava yolu şirkətləri ilə 70 milyondan çox sərnişin daşınmasını hədəfləyirik”.

İstanbul Hava Limanından daşınan yüklərin həcmi hər gür artır: "2022-ci ilin 11 ayında İstanbul Hava Limanı əsaslı uçuşlarla daxili xətdə 176 min 804 ton, beynəlxalq xətdə isə 2 milyon 154 min 835 ton yük daşınıb. Bu dövrdə İstanbul Hava Limanında müxtəlif məntəqələrə ümumilikdə 2 milyon 331 min 639 ton yük daşınıb. Bu il ərzində bu rəqəmin 2,5 milyon tonu keçəcəyi gözlənilir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran bayraqlı tankerləri ələ keçirib
Dünya 10:07
ABŞ İran bayraqlı tankerləri ələ keçirib
Pentaqon: Hörmüz boğazındakı minaların təmizlənməsi altı ay vaxt alacaq
Dünya 23:09
Pentaqon: Hörmüz boğazındakı minaların təmizlənməsi altı ay vaxt alacaq
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
Dünya 19:03
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
Türkiyənin Ağrı vilayətində 4.3 maqnitudalı zəlzələ olub
Dünya 18:51
Türkiyənin Ağrı vilayətində 4.3 maqnitudalı zəlzələ olub

Ukraynaya 90 milyard avroluq kredit ayrılıb
Dünya 17:12
Ukraynaya 90 milyard avroluq kredit ayrılıb

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib
Dünya 16:18
Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib
Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq
Dünya 15:26
Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq
Tramp İrana diplomatik həll üçün üç-beş gün vaxt verib
Dünya 13:56
Tramp İrana diplomatik həll üçün üç-beş gün vaxt verib
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol