Üç kəndə hücum edilib - 63 nəfər qaçırıldı
Nigeriyada naməlum silahlı qruplaşma üzvləri 63 dinc sakini oğurlayıb.
Hadisə Nigeriyanın Nigerlə həmsərhəd olan eyniadlı əyalətində baş verib.
Silahlı şəxslər Niger əyalətinin üç kəndinə basqın ediblər. Ümumilikdə 63 dinc sakin naməlum silahlı şəxslər tərəfindən qaçırılıb. Basqın zamanı Durmin yaşayış məntəqəsindən 41, Carmiyadan 14 və Pandoqaridən 8 mülki şəxs aparılıb.
Şahidlər hücuma məruz qalan kəndlərin ordu qərargahından təxminən 10 kilometr aralıda olduğunu bildiriblər.
Son illərdə təhlükəsizlik problemləri səbəbindən Nigeriyada tez-tez mülki şəxslərə qarşı hücumlar həyata keçirilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər