• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi $5,7 mlrd olub, hədəf $15 mlrddır

Bayramov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi $5,7 mlrd olub, hədəf $15 mlrddır
21.04.2026 12:18

Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 2025-ci ildə 5 milyard 720 milyon ABŞ dolları təşkil edib. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə ticarətdə 1 milyard 34 milyon dollar müsbət saldo əldə edib.

Deputat qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələri yüksək səviyyədədir və əsas hədəf bu göstəricini 15 milyard dollara çatdırmaqdır.

Bayramov vurğulayıb ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 11,6%-i Türkiyənin payına düşür və bu, Türkiyəni İtaliyadan sonra ölkənin ikinci ən böyük ticarət tərəfdaşına çevirir.

Azərbaycan ixracında Türkiyənin payı 13,5%, qeyri-neft-qaz ixracında isə 16,5% təşkil edir.

Deputat əlavə edib ki, iqtisadi əməkdaşlıq yalnız ticarətlə məhdudlaşmır. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 18 milyard dollar sərmayə yatırıb.

O qeyd edib ki, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verir və Azərbaycan Prezidentinin Türkiyəyə növbəti səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələ açacağı gözlənilir.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol