Miller: Çinə qaz tədarükü yeni səviyyəyə çatıb

Rusiya qazının Çinə tədarükü yanvarın 1-dən yeni səviyyəyə çatıb, bu barədə Qazprom rəhbəri Aleksey Miller bildirib.
Bundan əvvəl Vladimir Putin Rusiyadan Çinə görünməmiş enerji tədarükü olduğunu demişdi. ÇXR-ə borularla daxil olan qaz bazarında ikinci yeri Rusiya Federasiyası tutur. TASS agentliyi yazır ki, mayeləşdirilmiş məhsula gəldikdə, Moskva dördüncü ən böyük ixracatçıdır.
Prezident qeyd edib ki, Rusiya Çinə ən böyük neft tədarükçüsüdür. Məsələn, noyabrda Moskva Pekinə 7,8 milyon ton neft ixrac edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər