“Amazon” şirkəti işçilərini niyə ixtisar edir? - SƏBƏB
"Amazon” şirkəti 18 mindən çox işçisini ixtisar edəcək. Bu barədə TASS informasiya agentliyində məlumat yayıb.
Agentliyin məlumatına görə, qərar son iki ildə çoxlu sayda işçinin işə götürülməsi ilə əlaqədardır.
Şirkət əvvəl texniki şöbənin əməkdaşlarını, sonra kadrlar və satış şöbəsinin işçilərini işdən azad edəcəyini bildirib.
Qeyd olunub ki, Amazonda işləyənlərin sayı iki dəfə artsa da, şirkətin gəlirləri azalıb.
Ötən ilin noyabrda "Amazon” rəhbərliyi 10 min nəfəri ixtisar etməyi planlaşdırdığı bildirilmişdi. Həmçinin, rəhbərlik o zaman işçilərə əlavə ixtisarların istisna olunmadığı barədə xəbərdarlıq da edib.
"The Wall Street Journal”ın məlumatına görə, ümumilikdə şirkətdə 2022-ci ilin sentyabrına qədər təxminən 1,5 milyon insan çalışırdı.
Ötən həftə də Meta şirkəti işçilərinin 13%-ni və ya 11 min nəfəri ixtisar edəcəyini açıqlayıb. Sonra məlum olub ki, tviter sosial şəbəkəsini alan amerikalı sahibkar İlon Mask bir nəfərdən başqa şirkətin rabitə şöbəsinin bütün işçilərini işdən çıxarıb.
Son iki il ərzində koronavirus pandemiyasının yaratdığı onlayn xidmətlərə tələbatın artması səbəbindən "Amazon”un işçilərinin sayı təxminən iki dəfə artıb. Eyni zamanda, sanitar məhdudiyyətlərin aradan qaldırılması ilə şirkətin gəlirlərinin artımı da azalıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər