Azərbaycanda qızıl hasilatı artacaq

Azərbaycan hökuməti 2023-cü ildə ölkədə qızıl hasilatının 3.104 kiloqram səviyyəsində proqnozlaşdırırb. Bu barədə Nazirlər Kabineti məlumat verir.
2024-cü ildə ölkədə qızıl hasilatının 3 min 123,5 kiloqram, 2025-ci ildə 3 min 141,5 kiloqram, 2026-cı ildə 3 min 154,5 kiloqram olacağı nəzərdə tutulur.
2023-2026-cı illərdə Azərbaycanda qızıl hasilatı 1,6% artacaq.
2022-ci ilin yanvar-noyabrında Azərbaycanda qızıl hasilatı 3 min 1,5 kiloqram təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,1% azdır.
Azərbaycanda qızıl və gümüş hasilatı hazırda iki şirkət - Anglo Asian Mining PLC və AzerGold tərəfindən həyata keçirilir.
N.Təbrizli
www.anews.az