Mərkəzi Bank 2023-cü ilin ilk valyuta hərracını keçirib

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında banklara 52,7 milyon dollar satıb. Bu barədə Mərkəzi Bank xəbər verir.
2022-ci il dekabrın 29-da keçirilən hərracda AMB banklara 63,4 milyon dollar xarici valyuta satıb.
"Cümə axşamı hərracda banklar tərəfindən tələb 52,7 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - AMB xəbər verib.
2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.
Hərraclar rəqabət şəraitində valyutanın birtərəfli satışı formasında keçirilir.
2022-ci ilin yanvar-noyabrında Azərbaycan Neft Fondu hərraclarda 4 milyard 589,4 milyon ABŞ dolları məbləğində (2021-ci ilin yanvar-noyabrı ilə müqayisədə 19,5% az) xarici valyuta satıb.
2021-ci ildə Neft Fondu hərraclarında 6 milyard 679 milyon dollar satıb (2020-ci illə müqayisədə 8,6% az).
N.Təbrizli
www.anews.az