Ukraynalı əsgərlərin meyitlərini könüllülər belə tapır - VİDEO
Ukraynada həlak olanların cəsədlərinin çıxarılması üçün bir qrup könüllü cəsədləri axtarıb ailələrinə qaytarmağa çalışırlar. Bu barədə "Reuters" xəbər agentliyi məlumat verib.
"Qara Lalə” təşkilatının üzvləri gündəlik işlərinin çətin olmasına baxmayaraq, itkin düşmüş hərbçilərin cəsədlərini tapmaqla xeyirxah iş gördüklərinə inandıqlarını bildiriblər.
"Valideynləri onları evdə gözləyir. Onlar hansısa meşədə, tarlada və ya küçədə uzanmamalıdırlar - könüllü Artur Simeiko bildirib.
Təxminən 100 könüllüdən ibarət olan qrup, cəbhə xəttinə yaxın olan rus və ukraynalı əsgərlərin cəsədlərinin yerini müəyyən etmək və çıxarmaq kimi bəzən təhlükəli işi öz üzərinə götürdüklərini söyləyiblər.
Qrup bildirib ki, cəsədlərdə tez-tez partlayıcı silahların qalıqlarıda tapılır. Bu zaman həlak olanlar da olur.
Könüllülər bu günə qədər tapılan cəsədlərin sayını açıqlamayıb.
Əvvəlki missiya zamanı İkinci Dünya Müharibəsi dövrü əsgərinin qalıqlarını çıxararkən gözünü itirən Qara Lalə üzvü Oleksii İukov deyib ki, onun qrupu həlak olan hər bir ukraynalını geri qaytarmaqda qərarlıdır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər