Respondetlərin 32,5 faizi cəmiyyətdə əsas birliyin siyasi birlik olduğunu düşünür- STM

Azərbaycanda respondentlərin əsas hissəsi, 32,5%-i cəmiyyətin birliyini siyasi birlik kimi xarakterizə edib. Bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrində yer alıb.
Sorğu iştirakçılarının 29,9%-i Azərbaycan cəmiyyətinin mövcud birliyini və bütünlüyünü milli-tarixi birliyin formulu kimi dəyərləndirib. Yaş kateqoriyası üzrə nəticələrin təhlilinə əsasən, gənc respondentlərin 52,2%-i, eləcə də yuxarı yaş qrupuna aid olanların 29,4%-i bu mövqedən çıxış edib.
Sorğuda iştirak edənlərin 13,4%-i əxlaqi-mənəvi amilləri əsas götürərək, cəmiyyətinin bütünlüyünün bəzisini dini-mənəvi əsaslarla əlaqələndirib. Sorğuda iştirak edənlərin 9,0%-i cəmiyyətin birliyi, bütünlüyü üçün ideoloji amillərin vacib olduğunu qeyd edib.
Respondentlərin 11,8% bu suala rəyini ifadə etməkdə çətinlik çəkib, 3,4%-i digər cavab variantlarını qeyd edib.
Lida Abbaslı
www.anews.az