Hindistan Azərbaycandan 700 min tona yaxın neft alıb

2022-ci ilin yanvar-noyabrında Hindistan Azərbaycandan 690 146,05 ton neft alıb. Bu barədə Hindistan Ticarət Nazirliyi məlumat verir.
Keçən ilin oyabrında isə Hindistan Azərbaycandan 19,383 milyon ton neft idxal etsə də Azərbaycandan neftin bu ölkəyə ixracı həyata keçirilməyib.
Oktyabrda Hindistan Azərbaycandan 20,328 milyon ton neft alıb. Beləliklə, idxalda aylıq azalma 4,65% təşkil edib. Eyni zamanda, 2021-ci ilin noyabr ı ilə müqayisədə Azərbaycanın Hindistana neft ixracı 6,1% artıb.
Ümumilikdə, 2022-ci ilin 11 ayında Hindistann neft idxalı 208,1 milyon ton təşkil edib ki, bu da 2021-ci ilin eyni dövründən 1,5 dəfə çoxdur.
Hindistana 2022-ci ilin 11 ayında Rusiyadan 28 784 464,44 ton, İrakdan 49 288 391,33 ton, Səudiyyə Ərəbistanından 38 101 362,81 ton, Birləşmiş Ərəb Əmirliklərindən 21 032 013,21 ton, ABŞ-dan - 14 279 863,16 ton, Küveytdən 11 120 960,30 ton, Azərbaycandan isə 690 146,05 ton neft idxal edib.
Cəmi ölkənin neft idxalı 208 095 900,03 ton təşkil edib.
N.Təbrizli
www.anews.az