2022-ci ildə Azərbaycanda pul bazası təxminən 3% azalıb

2022-ci il dekabrın 30-na Azərbaycanda pul bazasının həcmi 17 milyard 460,3 milyon manat təşkil edib. Bu barədə Mərkəzi Bank məlumat yayıb.
2021-ci ilin sonuna Azərbaycanda pul bazası 17 milyard 937,6 milyon manatolub. Beləliklə, 2022-ci ildə pul bazası 2,7% azalıb.
Eyni zamanda, 2022-ci ilin dekabrında Azərbaycanda pul bazası 752,1 milyon manat və ya 4,5% artıb.
2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.
N.Təbrizli
www.anews.az