Azərbaycanda qaz hasilatı artacaq

Azərbaycan hökuməti 2026-cı ildə ölkədə qaz hasilatını 48 milyard 35,6 milyon kubmetr səviyyəsində proqnozlaşdırır ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 2,7% çoxdur. Bu barədə Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsində məlumat verilir.
Hökumətin 2023-2026-cı illər üçün qaz hasilatı üzrə proqnozlarına əsasən, 2023-cü ildə Azərbaycanda qaz hasilatı 46 milyard 761,6 milyon kubmetr, 2026-cı ildə 48 milyard 35,6 milyon kubmetr təşkil edəcək.
Beləliklə, 2023-2026-cı illər üçün qaz hasilatının artımı 2,7% təşkil edəcək.
Hökumətin proqnozuna görə, 2023-cü ildə əmtəəlik qaz hasilatı 35 milyard 900,3 milyon kubmetr, 2026-cı ildə isə 36 milyard 890 milyon kubmetr təşkil edəcək. Beləliklə, 2023-2026-cı illərdə əmtəəlik qaz hasilatı 2,8% artacaq.
2022-ci ilin yanvar-noyabrında Azərbaycanda qaz hasilatı 42 milyard 498 milyon kubmetr (artım 7,1%) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 31 milyard 790,9 milyon kubmetr (artım 8%) olub.
2021-ci ildə Azərbaycanda qaz hasilatı 43 milyard 863,5 milyon kubmetr (artım 18,1%) təşkil edib.
N.Təbrizli
www.anews.az