Banklar bu gün valyuta hərracında $51 milyon alıb

Azərbaycan Mərkəzi Bankı (AMB) çərşənbə axşamı valyuta hərracında banklara 51,2 milyon dollar satıb. Bu barədə AMB xəbər verir.
5 yanvar 2022-ci il tarixində keçirilən hərracda AMB banklara 52,7 milyon dollara xarici valyuta satıb.
"Çərşənbə axşamı hərracda banklar tərəfindən tələb 51,2 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - AMB bildirilib.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.
Hərraclar rəqabət şəraitində valyutanın birtərəfli satışı formasında keçirilir.
2022-ci ilin yanvar-noyabrında ARDNF hərraclarda 4 milyard 589,4 milyon ABŞ dolları məbləğində (2021-ci ilin yanvar-noyabrı ilə müqayisədə 19,5% az, - red) xarici valyuta satıb.
2021-ci ildə ARDNF valyuta hərraclarında 6 milyard 679 milyon dollar satıb (2020-ci illə müqayisədə 8,6% az, - red).
N.Təbrizli
www.anews.az