2023-2024-cü illərdə Azərbaycanda ÜDM 2,7% artacaq - Proqnoz

Dünya Bankının (DB) proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 2,8% təşkil edəcək. Bu barədə Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər” yanvar hesabatında bildirilir.
Hesabata əsasən, 2024-cü ildə Azərbaycanın ÜDM-nin artımı 2,6% təşkil edəcək.
Belə ki, Dünya Bankı 2023-2024-cü illərdə Azərbaycanın ÜDM-in orta illik artım tempini 2,7% səviyyəsində proqnozlaşdırır.
Dünya Bankı 2022-ci ildə Azərbaycanın ÜDM artımını 4,2% səviyyəsində qiymətləndirmişdi.
"Cənubi Qafqaz ölkələrinin ÜDM-in artımı 2022-ci ildəki 6,5% artımdan sonra 2023-cü ildə 3,3%, 2024-cü ildə 3,5% olacaq. 2023-cü ildə regionda ÜDM artımının ləngiməsi 2021-2022-ci illərdə yüksək artım templəri, Ermənistan və Azərbaycan sərhədində gərginliyin davam etməsi və Rusiyadan idxalın azalması ilə əlaqələndirilir”, - hesabatda qeyd edilib.
Dünya Bankı 2023-2024-cü illərdə Ermənistanın ÜDM artımını müvafiq olaraq 4,1% və 4,8%, Gürcüstanın 4% və 5% səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM artımını 3,5%, 2023-cü ildə 2,7%, 2024-cü ildə 4,1% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM artımı 5,6% təşkil edib.
N.Təbrizli
www.anews.az