• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Neftin qiyməti sabitləşir

Neftin qiyməti sabitləşir
12.01.2023 11:05
ABŞ-da neft ehtiyatlarının gözlənilməz artımına baxmayaraq neft dünya bazarında qiyməti dəyişməz olaraq qalır. 

Bazar, Çində yanacağa tələbat perspektivləri ilə bağlı treyderlərin artan nikbinliyi ilə dəstəklənir.
 
Bloomberg-in məlumatına görə, Çin şirkətləri Ay təqviminə görə, bu dəfə yanvarın sonuna təsadüf edən Yeni il münasibətilə uzun bayramlar öncəsi aktiv şəkildə neft alırlar.

"İnvestorlar enerji inventar məlumatlarından daha çox qlobal tələb mənzərəsinə diqqət yetirirlər.Diqqət birinci rübdə neft istehlakının artımının əsas təkanvericisi olacağı ehtimal edilən Çinə yönəlib,"  - Tortoise portfelinin meneceri Brayan Kessens deyib.

Londonun ICE Futures birjasında cümə axşamı saat 9:10-a Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 82,7 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,03 dollar (0,04%) çoxdur. Çərşənbə günü ticarət nəticəsində bu kontraktlar 2,57 dollar (3,2%) artaraq 82,67 dollar/barelə çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin fevral ayı fyuçerslərinin qiyməti bu dəfə 0,02 dollar (0,03%) artaraq bir barelə görə 77,43 dollar təşkil edib. Əvvəlki ticarətin sonuna bu müqavilələrin dəyəri 2,29 dollar (3,1%) artaraq 1 barrel üçün 77,41 dollar olub. 

ABŞ-ın kommersiya neft ehtiyatları keçən həftə 18,96 milyon barel artaraq 439,61 milyon barrelə çatıb. Bu barədə ölkənin  Enerji Departamenti bildirib.
 
Bloomberg-in sorğusuna qatılan ekspertlər orta hesabla ABŞ ehtiyatlarının 2 milyon barel, S&P Global Commodity Insights-ın respondentləri isə 500 min barel azalacağını gözləyirdilər.

Market Watch qeyd edir ki, neft ehtiyatlarının artmasını ABŞ neft emalı zavodlarının keçən ayın sonunda şaxta səbəbindən istehsalı müvəqqəti azaltmaları  ilə əlaqələndirirlər.  Cari inventar səviyyəsi beş illik orta göstəricidən təxminən 1% yuxarıdır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol