• $
  • £

Mübariz Mənsimov İran azərbaycanlılarına çağırış edib

Mübariz Mənsimov İran azərbaycanlılarına çağırış edib
27.01.2023 21:45
 İş adamı Mübariz Mənsimov Azərbaycanın İrandakı səfirliyində baş verən hadisəni terror adlandıraraq şiddətlə qınayıb. Bu barədə o sosiaı hesabında yazıb.
 
"Tehrandakı Səfirliyimizə qarşı törədilmiş silahlı basqını şiddətlə qınayıram. Bu  terror dövləti tərəfindən Azərbaycana qarşı namərdcə həyata keçirilən terror aktıdır! Xain hücum nəticəsində vətəndaşımız baş leytenant Orxan Əsgərov şəhid olub. Allah şəhidimizə rəhmət eləsin! Ailəsinə və yaxınlarına Allahdan səbr diləyirəm! Bu törədilmiş terror aktı o tayda yaşayan soydaşlarımıza qarşı da xəyanətdir. Güneydəki soydaşlarımız bu namərdliyi bağışlamamalıdır. Qədim zamanlardan elçi, diplomat toxunulmaz sayılıb. Səfirliyə hücum bu ənənənin pozulması və bütün sivil dünyanın qəbul etdiyi dəyərləri ayaqlar altına atmaqdır. Terrorcu cəzalandırılmalı və İranın ali rəhbərliyi dərhal Azərbaycan dövlətindən üzr istəməli, baş vermiş terror hadisəsi ilə bağlı ciddi araşdırmalara başlamalıdır. Əks təqdirdə bizim ordakı soydaşlarımız bunu cavabsız qoymaz və qoymamalıdır" - Mənsimov yazıb.
 
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. Kalaşnikov avtomatı ilə silahlanmış o, diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. Silahlı hücumu dəf edərkən səfirliyin daha iki mühafizəçisi yaralanıb, onların vəziyyəti qənaətbəxşdir. Hazırda hücumla bağlı araşdırma aparılır.
 
Azərbaycan prezidenti İlham Əliyev bu hadisəni terror adlandıraraq şiddətlə qınadığını və rəsmi Tehrandan tezliklətətbir görəcəyini gözlədiyini bildirirb.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis Akademiyasında qızların təhsili bərpa olunub
Siyasət 17:17
Polis Akademiyasında qızların təhsili bərpa olunub
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol