ÜST COVID-19-la bağlı fövqəladə vəziyyətin müddətini uzadıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini daha üç ay uzadıb. Bu barədə bazar ertəsi ÜST-nin Cenevrədəki qərargahı təşkilatın fövqəladə hallar komitəsinin iclasının yekunlarına dair məlumat yayıb.
ÜST-nin Baş direktoru hazırkı COVID-19 pandemiyası ilə bağlı komitənin tövsiyəsi ilə razılaşıb. Baş direktor Tedros Adhanom Ghebreyesus, pandemiyanın "beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə halı olmağa davam etdiyini" söyləyib.
ÜST Covid Fövqəladə Komitəsi üç aydan bir toplanır. Bu görüş 2020-ci ilin yanvarından bəri 14-cü görüş idi.
www.anews.az

Mütəxəssislər belə qənaətə gəliblər ki, koronavirus pandemiyasının "döyüş nöqtəsinə yaxınlaşması” mümkündür. Onların fikrincə, peyvənd və keçmiş covid-19 səbəbiylə dünya əhalisinin yüksək immunitet səviyyəsinə nail olmaq "SARS-CoV-2-nin xəstələnmə və ölüm hallarına təsirini məhdudlaşdıra bilər".
Azərbaycanda covid-19 pandemiyasi 2020-ci ilin fevralında təsdiqlənib. Hazırda pandemiya ilə bağlı əksər məhdudiyyətlər aradan qaldırılsa da təkcə quru sərhədlər 3 ildir ki, bağlı qalır. Ölkədə son sutkada 23 nəfər virusa yoluxub,28 nəfər sağlar evə göndərilib. İndiyədək ölkədə ümumilikdə 827 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 590 nəfər müalicə olunaraq sağalıb, hazırda 232 aktiv xəstə var. Bu günə qədər 10 081 nəfər vəfat edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 942 131 olub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər