• $
  • £

Prezident TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib - YENİLƏNİB

Prezident TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib - YENİLƏNİB
01.02.2023 13:13
Prezident İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.

Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxması olub.

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Mahmut Özerin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəmizə səfərinin önəminə toxundu və bu səfərin əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirən İlham Əliyev iki ölkənin dövlət başçılarının razılaşdırdığı kimi Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını söyləyib.

Mahmut Özer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib

Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını bildirib.
 
Prezident hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb. Prezident vurğulayıb ki, həmin şəxsin səfirliyin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri münasibətilə bir daha təbriklərini çatdıran qonaq bildirdi ki, xalqlarımız ən çətin dövrlərdə həmişə bir-birinin yanında olub.

Təhsil sahəsində əlaqələrimizin son illərdə çox sürətlə inkişaf etdiyini deyən Mahmut Özer Türkiyənin bu sahədə ölkəmizlə təcrübəsini bölüşməkdən məmnunluq hissi keçirdiyini bildirib.

Görüşdə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə toplantısında təşkilat yanında müşahidəçi statusunun alınması prosesində üzv dövlət kimi Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.

*****
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.

Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 12:29
İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib
Siyasət 11:58
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Siyasət 00:31
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 23:15
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Siyasət 23:07
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Siyasət 22:15
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Siyasət 21:05
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Siyasət 20:30
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol