• $
  • £

Prezident Laura Loxmanı qəbul edib - YENİLƏNİB

Prezident Laura Loxmanı qəbul edib - YENİLƏNİB
02.02.2023 14:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib.

Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirakına görə ABŞ nümayəndə heyətinə təşəkkürünü bildirib.

Dövlət başçısı ötənilki toplantıda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələrin əldə olunduğunu qeyd edib. Azərbaycan Prezidenti hazırda enerji diplomatiyamız qarşısında yeni vəzifə və tapşırıqların müəyyən edildiyini diqqətə çatdıraraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında səmərəli müzakirələrin aparılacağına əminliyin ifadə edib.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin qoyduğu bünövrənin bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğulayıb. Azərbaycanın Xəzər dənizinin ölkəmizə aid sektorunda, eləcə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd edən Prezident İlham Əliyev bu xüsusda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının da keçirilməsinin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev hər iki tədbirin bir-birini tamamladığını deyib.

Xanım Laura Loxman Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasının əhəmiyyətini vurğuladı və Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verdiyini qeyd edib.

Qonaq Cənub Qaz Dəhlizinin yaratdığı təməllər əsasında bərpaolunan enerji, o cümlədən yaşıl hidrogen sahəsində yeni əməkdaşlıq perspektivlərinin meydana çıxdığını qeyd edib və bu layihələrin həyata keçirilməsində ölkəmizin vacib rol oynadığını bildirib.

O, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması münasibətilə təbriklərini çatdırıb.

Görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirildi və ABŞ-la Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.


Söhbət zamanı nümayəndə heyəti ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib.

11:21 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis Akademiyasında qızların təhsili bərpa olunub
Siyasət 17:17
Polis Akademiyasında qızların təhsili bərpa olunub
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol