• $
  • £

Avropa Parlamenti Rusiyaya qarşı onuncu sanksiyalar paketini qəbul etməyə çağırıb

Avropa Parlamenti Rusiyaya qarşı onuncu sanksiyalar paketini qəbul etməyə çağırıb
02.02.2023 17:44
Avropa Parlamentinin deputatları cümə axşamı Brüsseldə keçirilən plenar iclasda səs çoxluğu ilə "Avropa İttifaqı-Ukrayna sammitinə hazırlıq haqqında” qətnamə qəbul ediblər və bu qətnamədə Aİ qurumlarını "Rusiyaya qarşı 10-cu sanksiyalar paketini dərhal qəbul etməyə çağırıblar. Bu barədə Ria Novosti agentliyi məlumat yayıb.

Sənədi 489 deputat dəstəkləyib, 36 deputat əleyhinə səs verib, 49 deputat bitərəf qalıb.

Aİ-Ukrayna sammiti fevralın 3-də keçiriləcək. Avropa Parlamentinin xarici siyasət məsələləri ilə bağlı qətnamələri hüquqi qüvvəyə malik deyil, lakin digər Avropa qurumları Avropa Parlamentinin deputatlarının rəyini dinləməlidir.

Deputatlar, xüsusilə, "Avropa İttifaqı bazarlarında hələ də mövcud olan "Lukoyl” və "Rosatom” şirkətlərinə məhdudiyyətlərin qoyulmasına, "Rusiya almazlarının işlənmiş və emal olunmamış formada birbaşa və dolayı idxalını, alışını və transferini məhdudlaşdırmağa” çağırıblar. 

Avropa Parlamenti "Rusiyadan Aİ-yə qalıq yanacaq idxalına dərhal və tam embarqonun qoyulması” zərurətini elan edib, Aİ Şurasını "beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda Rusiya neftinin qiymətlərinin yuxarı həddini azaltmağa” çağırıb.
 
2022-ci ilin fevralın 24-də Rusiya prezidenti Putin Ukraynada hərbi əməliyyatlar keçirilməsi barəsində fərman imzalayıb. Bugün Ukrayanda davam edən hərbi əməliyyatların 344-cü günüdür. Bu dövr ərzində Amerika və Avropanın bir çox ölkələri Rusiyadakı iş adamlarına və ölkəyə 9 sərt sanksiyalar paketi tətbiq ediblər. Müharibədən sonra dünyaca brend olan bir çox şirkətlər də Rusiya bazarından çıxıb. Sanksiyalara baxmayaraq Rusiya əməliyyatları dayandırmaqdan geri çəkilməyib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Dünya 23:50
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Dünya 20:52
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Dünya 14:45
Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
Dünya 09:46
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
Dünya 09:08
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol