• $
  • £

İlham Əliyev ölüm cəzasının bütün hallarda ləğvinə dair tapşırıq verib

İlham Əliyev ölüm cəzasının bütün hallarda ləğvinə dair tapşırıq verib
04.02.2023 11:18
Fevralın 3-də Prezident İlham Əliyev "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AzərTac-a müsahibəsində dövlət başçısının bu təşəbbüsünü şərh edib.
 
Bu il Azərbaycanda ölüm cəzasının ləğv olunmasının 25-ci ildönümünün qeyd edildiyini bildirən F.Ələsgərov Prezidentin yeni təşəbbüsünün yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini nümayiş etdirdiyini qeyd edib: "Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılmış humanist siyasət nəticəsində 1993-cü ildən ölüm cəzasının icrasına moratorium tətbiq olunub, əfv və amnistiya institutları bərpa edilib, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm addımlar atılıb. Ölüm cəzasının ləğv edilməsi təşəbbüsü həmin siyasətin ən bariz nümunələrindən biri olub”.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 57 mindən çox şəxsə şamil edilib, imzaladığı əfv sərəncamları 5900-ə yaxın şəxsi əhatə edib. Eyni zamanda, cinayət qanunvericiliyində edilmiş konseptual dəyişikliklər nəticəsində bir çox əməl dekriminallaşdırılıb, şəxsin cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilib.

"Ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan edilməsi istiqamətində beynəlxalq səviyyədə göstərilən səyləri nəzərə alaraq, 2023-cü il fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verib. Bu addımla dövlətimizin başçısı yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini bir daha nümayiş etdirib”, - F. Ələsgərov əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 12:29
İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib
Siyasət 11:58
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Siyasət 00:31
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 23:15
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Siyasət 23:07
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Siyasət 22:15
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Siyasət 21:05
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Siyasət 20:30
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol