• $
  • £

Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin uzadılmasını təklif edib

Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin uzadılmasını təklif edib
06.02.2023 16:06
Ukrayna prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 3 ay uzadılmasını təklif edib. Bu barədə Ukrayna Ali Radanın saytında  məlumat;ndan m'lumat verilib.

Prezident ölkə parlamentinə hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin uzadılmasını nəzərdə tutan qanun layihələrini təqdim edib.

"Ukraynada hərbi vəziyyətin müddəti 19 fevral 2023-cü il saat 05:30-dan etibarən daha 90 gün uzadılsın,"-  sənəddə qeyd olunub. 

24 fevral 2022-ci ildən Ukraynada hərbi vəziyyət tətbiq olunur, o vaxtdan bəri onun qüvvədə olma müddəti bir neçə dəfə uzadılıb. Sonuncu dəfə 2022-ci il noyabrın 16-da Ali Rada Ukraynada hərbi vəziyyətin 90 gün uzadılması haqqında prezidentin fərmanını təsdiqlədikdən sonra müddət fevralın 19-dək uzadılıb. Həmçinin o zaman parlament ümumi səfərbərliyin müddətini uzatdı.
 
Ümumi səfərbərlik zamanı möhlət almaq və ya hərbi qeydiyyatdan kənarlaşdırılmaq üçün qanuni əsaslar olmadıqda, 18 yaşdan 60 yaşa qədər hərbi xidmətə yararlı olan Ukraynanın bütün vətəndaşları hərbi xidmətə çağırıla bilər.
Ukraynada hərbi vəziyyət dövründə 18-60 yaş arası hərbi xidmətə cəlb olunan kişilərin bəzi istisnalarla ölkədən kənara çıxması qadağandır. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hərəkət azadlığı da məhdudlaşdırılıb. Komendant saatı təyin olunub.

 
Daha əvvəl Ukrayna Prezidentinin "Ukraynada hərbi vəziyyət müddətinin uzadılması haqqında” 8189 nömrəli və "Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” 8190 nömrəli fərmanlarının təsdiq edilməsi haqqında müvafiq qanun layihələri parlamentdə qeydə alınıb.

Ukrayna deputatı Yaroslav Jeleznyak öz "Telegram” hesabında bildirib ki, qərar növbəti plenar iclasda qəbul edilə bilər.
 
O hesab edir ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün, yəni 2023-cü il fevralın 19-dək uzadıla bilər.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Dünya 23:50
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Dünya 20:52
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Dünya 14:45
Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
Dünya 09:46
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
Dünya 09:08
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol