• $
  • £

Bayden Türkiyəyə zəlzələ ilə bağlı yardım edəcək

Bayden Türkiyəyə zəlzələ ilə bağlı yardım edəcək
06.02.2023 20:50
ABŞ prezidenti Co Bayden dağıdıcı zəlzələnin nəticələri ilə əlaqədar Türkiyə və Suriya hakimiyyətinə başsağlığı verib. Bu barədə Amerika prezidenti öz tvitterində paylaşım edib. 

"Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntılara görə dərin kədər hissi keçirirəm”, – o, Twitter hesabında yazıb.


Amerika lideri həmçinin Ankaraya lazım olan bütün dəstəyi verəcəyinə söz verib.
 
"Mən komandama vəziyyəti yaxından izləməyə davam etməyi və Türkiyə ilə koordinasiyada bütün lazımi dəstəyi göstərməyi tapşırmışam”, - o əlavə edib.


Bundan əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan episentri Türkiyənin Qəhranmaraş şəhərinə düşən dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması prosesini müzakirə ediblər. Türkiyə lideri operativ reaksiyaya görə Moskvaya təşəkkür edib və Rusiyanın yardımını qəbul etmək üçün müvafiq idarələrə tapşırıqlar verib.
 
Azərbaycan da Türkiyəyə yardım göstərən ilk ölkələrdən olub. Belə ki, ölkə prezidentinin tapşırığı ilə yardım briqadası hadisə yerinə göndərilib. 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Rusiya hərbçilərinə Suriyadakı zəlzələnin nəticələrinə köməklik göstərməyi tapşırıb.


Son məlumatlara görə,  baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Dünya 23:50
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Dünya 20:52
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Dünya 14:45
Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
Dünya 09:46
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
Dünya 09:08
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol