Türkiyəli deputat zəlzələ nəticəsində vəfat edib
Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalan AK Partiya Adıyaman Millət vəkili Yakup Taş vəfat edib. Bu barədə AK Partiya Aydın Millət vəkili Mətin Yavuz Taşın ölüm xəbərini tviter hesabında bildirib.
"AK Partiya Adıyaman Millət vəkilimiz Yakup TAŞ-ın vəfatını böyük hüznlə öyrəndim. Allah millət vəkilimizə və bütün zəlzələ şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun",- deputat bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox