• $
  • £

BMT Türkiyə və Suriyaya humanitar yardım ayırdı

BMT Türkiyə və Suriyaya humanitar yardım ayırdı
08.02.2023 09:41
BMT zəlzələ baş verən Suriya və Türkiyəyə humanitar yardım göstərmək üçün 25 milyon dollar ayırıb. Bu barədəm məlumatı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

"Dünən Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən çoxsaylı zəlzələlərdən sonra BMT humanitar müdaxilənin başlanmasına kömək etmək üçün 25 milyon dollar qrant ayırdığını elan edib", - Dyujarrik bildirib.

BMT-nin baş katibi Antonio Quterreş daha əvvəl beynəlxalq ictimaiyyəti təbii fəlakətdən zərər çəkmiş ölkələrə yardım göstərməyə çağırıb.
 
BMT baş katibinin nümayəndəsi Stefan Düjarrikin sözlərinə görə, BMT koordinatorları Adana şəhərindədir. Onlar xilasetmə qruplarına kömək etmək üçün sabah Qaziantepə gedəcəklər.
 
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə zəlzələdən zərər çəkən Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağı tapşırıb.
 
Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 6234  nəfər həlak olub, 37 011 nəfər isə yaralanıb.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Dünya 23:50
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Dünya 20:52
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Dünya 14:45
Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
Dünya 09:46
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
Dünya 09:08
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol