Latviya Prezidenti Azərbaycana gəlir - GÖZLƏNTİLƏR
Latviya Prezidenti Egils Levits martın əvvəlində Azərbaycana səfəri gözlənilir. Bu barədə Trend agentliyi ölkənin diplomatik mənbəsinə istinadan xəbər verib.
Agentliyin yazdığına görə, Levits Bakıya mart 9-u və 11- də Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən keçiriləcək X Qlobal Bakı Forumunda iştirakı etmək üçün gələcək.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirir ki, Latviya Prezidentinin Azərbaycana səfəri həm də yeni əməkdaşlıq münasibətlərinin müzakirəsi istiqamətində ola bilər.
"Postsovet məkanı dövlətləri arasında əvvəllər də iqtisadi əlaqələr mövcud olub. Hazırda Avropada enerji daşıyıcılarına olan ehtiyacların artması, Azərbaycanın iqtisadi əlaqələrinin genişlənməsi yeni əlaqələrin yaradılmasına gətirib çıxara bilər. Levitsin Azərbaycana səfəri yeni əməkdaşlıq istiqamətində danışıqlar ola bilər. Azərbaycan müstəqil olandan sonra Latviya ilə ticarət və neft sahəsində geniş əlaqələri olub",- Arif Hacılı deyib.
Sonuncu dəfə Azərbaycan prezidenti Egils Levitslə yavarın 18-də Davosda "Dünya iqtisadi Forum"da görüşüblər.
Sonuncu dəfə Azərbaycan prezidenti Egils Levitslə yavarın 18-də Davosda "Dünya iqtisadi Forum"da görüşüblər.
Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyan ölkələrdən olub. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə başlayıb.
Azərbaycanın Latviyada Səfirliyi 2005-ci il, Latviyanın isə Azərbaycandakı Səfirliyi isə 2006-cı ildə açılıb.
1997-ci il martın 7-də "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" yaradılıb və ilk rəhbəri Yusif Vəkilov olub. 2016-cı ili martın 4- dən Kamran Bayramov işçi qrupunun rəhbəridir.
1997-ci il martın 7-də "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" yaradılıb və ilk rəhbəri Yusif Vəkilov olub. 2016-cı ili martın 4- dən Kamran Bayramov işçi qrupunun rəhbəridir.
Latviya Seymində isə Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Roman Naudinşdir.
İndiyədək iki ölkə arasında 43 sənəd imzalanıb.
Azəraycanda 47 Latviya şirkəti tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox