Azərbaycanda gündəlik neft hasilatı 2,7% aşağı düşüb
2023-cü ilin yanvarında Azərbaycanda gündəlik neft hasilatı 2022-ci ilin dekabr ayı ilə müqayisədə 2,7% aşağı düşərək 533.000 barel təşkil edib. Bu barədə Azərbaycan Energetika Nazirliyi xəbər verib.
"2023-cü ilin yanvarında Azərbaycanda kondensatla birgə gündəlik neft hasilatı 652 min barel təşkil edib ki, bunun da 533 min barreli xam neftin, 119 min barreli isə kondensatın payına düşüb", - nazirlik qeyd edib.
OPEC+ sazişi çərçivəsində Azərbaycanın neft hasilatı kvotası sutkada 684 min barel təşkil edir.
Beləliklə, Azərbaycan yanvarda OPEC+ sazişini 128,3% yerinə yetirib.
N.Təbrizli
www.anews.az