Türkiyə zəlzələlərdən sonra 300 min yeni yaşayış binası tikilməlidir
Türkiyənin zəlzələdən sonra mənzil fondunun yerinə 300 min yeni yaşayış binası tikilməlidir. Bu barədə çərşənbə günü "Yeni Şafak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, genişmiqyaslı yoxlama nəticəsində 211 mindən çox binaya ciddi və ya kritik ziyan dəyib. Ümumilikdə 370 minə yaxın binaya baxış keçirilib. Təsirə məruz qalan 10 əyalətdə 400 000 binanın yenidən qurulmasına ehtiyac olacaq ki, onlardan 300 000-ə yaxını mənzil fondudur.
Zəlzələdən sonra mütəxəssislər araşdırıblar və məlum olub ki, dağılan binların 98%-i 1999-cu ildən əvvəl tikilən binalardır.
Türkiyənin cənub-şərqində baş verən zəlzələ ölkənin 10 vilayətində dağıntılara səbəb olub. Dağıntılardan sonra bəzi bölgələrdə axtarış-xilasetmə işləri yekunlaşıb.
Son məlumatlara görə zəlzələ qurbanlarının sayı 35 mini keçib. Yaralıların sayı isə 105 mindən artıqdır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox