• $
  • £

Azərbaycan-Rusiya ticarət dövriyyəsi 62% artıb

Azərbaycan-Rusiya ticarət dövriyyəsi 62% artıb
15.02.2023 12:50
2023-cü ilin yanvarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 336 milyon 282,38 min dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 62,4% çoxdur. Bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsi xəbər verib. 
 
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvarnda Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10,22%-ni Rusiya ilə ticarət əməliyyatları təşkil edib.

Hesabat dövründə Azərbaycan məhsullarının Rusiya Federasiyasına ixracının həcmi 68 milyon 488,39 min dollar ( - 5,5%) təşkil edib. Ümumilikdə Rusiyaya ixrac Azərbaycan ixracının 3,65%-ni təşkil edib.

Yanvarda Azərbaycana Rusiya məhsullarının idxalı 267 milyon 793,99 min dollar (artım 2 dəfə) olub . Azərbaycana mal idxalının ümumi həcmində Rusiyadan payı 19% təşkil edib.

Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvarında Azərbaycanın Rusiya Federasiyası ilə ixrac-idxal münasibətlərində mənfi saldosu 199 milyon 305,6 min dollar olub. 

2022-ci ildə Azərbaycan-Rusiya ticarət dövriyyəsi 3 milyard 710 milyon 239,41 min dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 23,9% çoxdur.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol