• $
  • £

Paşinyan Şarl Mişellə görüşüb

Paşinyan Şarl Mişellə görüşüb
17.02.2023 09:52
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə Münhendə qeyri-rəsmi görüş keçirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinə toxunublar.

Paşinyan Münhendə işgüzar səfərdədir və burada Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
 
2022-ci il aprelin 6-da Azərbaycan və Ermənistan liderləri Brüsseldə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.
 
Avqustun 30-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə təşkil olunan daha baş tutub. Üçtərəfli danışıqlarda sülh sazişi, humanitar, sərhəd və kommunikasiyaya dair məsələlər nəzərdən keçirilib.
 
Daha sonra, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda imzalayıblar. Həmin bəyanata görə, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 12:29
İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib
Siyasət 11:58
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Siyasət 00:31
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 23:15
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Siyasət 23:07
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Siyasət 22:15
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Siyasət 21:05
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Siyasət 20:30
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol