• $
  • £

Qazaxıstan BTC ilə neft tranzitinə başlamayıb - KazTransOil

Qazaxıstan  BTC ilə neft tranzitinə başlamayıb - KazTransOil
21.02.2023 22:41
Qazaxıstanın magistral neft kəmərlərinin operatoru olan "KazTransOil” fevralda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Xəzər dənizinin Aktau limanından Bakıya neft tranzitinə başlamalı olsa da Türkiyənin Ceyhan dəniz terminalının  zəlzələ səbəbindən müvəqqəti bağlanmasına görə neft nəqlinə hələ  start  verilməyib. Bu barədə  bu barədə "KazTransOil”  məlumat verib.

"Fevralın 7-də "KazTransOil" SC Ceyhan dəniz terminalında yükləmə əməliyyatlarının müvəqqəti dayandırılması ilə əlaqədar fors-major hallar barədə bildiriş alıb. Bununla əlaqədar olaraq, neftin Aktau limanından boru xətti ilə nəqli həyata keçirilmir", - məlumatda deyilir.
 
 
Şirkət həmçinin qeyd edir ki, BTC ilə ixrac ediləcək neft "Tengiz" yatağından KazMunayQaz dövlət şirkətinin payına düşən  neft ixrac ediləcək.

Öz növbəsində, TengizChevrOil" baş direktoru Kevin Lyon çərşənbə axşamı qeyd edib ki, "KazMunayQaz"ın Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə "Tengizşevroyl"un ehtiyatlarından həyata keçirəcəyi ixrac Türkiyədəki zəlzələ nəticəsində uğursuz olub. O əlavə edib ki, hazırda sınaq daşımalarına başlamaq mümkün deyil, ona görə də marşrut hələ işə salınmayıb.

Neft ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə Qazaxıstan BTC ilə neft ixracına başlanmasına dair Azərbaycanla razılıq əldə edib.

"Xüsusən, Bakı-Tbilisi-Ceyhan vasitəsilə indi bizim bu istiqamətdə gələn il yanvarın 1-dən 1,5 milyon ton neftin göndərilməsi və onun həcminin  6-6,5 milyon tona  çatdırılması barədə razılaşmamız var", - Qazaxıstanın baş naziri Əlixan Smailov ötən ilin sonunda bildirib.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və "Şahdəniz” yatağından çıxarılan  kondensat nəql olunur. BTC ilə Xəzər regionunun bir sıra digər ölkələrindən hasil edilən neft və kondensat da dünya bazarına çatdırılır. 

Fevralın 6-da səhər tezdən Türkiyədə baş vermiş zəlzələdən sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə hissəsinin operatoru Ceyhan terminalından neftin tankerlərə yüklənməsi işlərini müvəqqəti dayandırmışdı.
 
BP-nin məlumatına görə, bu əməliyyatlar fevralın 12-də bərpa edilib. Şirkət yaxın gələcəkdə Ceyhan terminalından neftin tankerlərə yüklənməsi əməliyyatlarının əvvəlki rejimə qayıdacağını proqnozlaşdırır. Bakı-Tbilisi Ceyhan neft kəmərinin Türkiyədəki obyektlərində, o cümlədən kəmərin özündə, nasos stansiyalarında və s aparılan yoxlama zamanı zəlzələ nəticəsində ciddi dağıntı aşkar etməyib.

Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıq neft ixrac etməyə imkan verir.  BTC layihəsinin səhmdarları  BP (30,1%) Azərbaycan Dövlət Neft Şirkəti (25%), MOL (8,9%), Equinor (8,71%), TPAO (6,53%), ENI (5%), ExxonMobil (SPB) : XOM) (2,5%), Itochu (3,4%), INPEX (2,5%), TotalEnergies (SPB: TOT) (5%) və ONGC Videsh (2,36%) şirkətləridir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 19:09
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol