“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub
"Unicapital İnvestisiya Şirkəti” ASC-nin İdarə Heyətində dəyişiklik olub. 2020-ci ilin mayından "Unicapital” İnvestisiya Şirkətinin Baş direktoru olan Tahir Qəribov digər vəzifəyə təyinatı ilə əlaqədar olaraq, öz xahişi ilə buradakı vəzifəsindən ayrılıb.
"Unicapital İ.Ş.” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 21 fevral 2023-cü il tarixindən etibarən "Unicapital” İŞ-nin Baş direktoru vəzifəsini Vüqar Faiq oğlu Namazov icra edəcək.
Vüqar Namazov 13 ildən artıq Bakı Fond Birjasında müxtəlif rəhbər vəzifələrdə, o cümlədən İdarə Heyətinin sədri olaraq fəaliyyət göstərib. "Unicapital” İ.Ş. komandasına qoşulmazdan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC-də İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində çalışıb. Eyni zamanda, "UNEC İslam Maliyyə Mərkəzi”nin tədqiqatçısıdır.
Bu gün müştəri sayı 500 000-i keçmiş "Unicapital” İ.Ş. investorlara 20 000-dən çox maliyyə aləti ilə həm yerli, həm də xarici maliyyə bazarlarında ticarət imkanı yaradıb. Şirkət ölkənin investisiya sahəsində olan reytinq cədvəllərində qabaqcıl mövqeləri tutur.
www.anews.az
Son xəbərlər
Daha çox