• $
  • £

Bankların əmanət və kredit portfeli böyüyüb - Mərkəzi Bank

Bankların əmanət və kredit portfeli böyüyüb - Mərkəzi Bank
23.02.2023 13:53
2022-ci ildə Azərbaycan kommersiya banklarının əmanət portfeli 27,1% böyüyərək 11,5 milyard manata çatıb. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov tvitter hesabında açıqlayıb.
 
Məlumata görə, bankların kredit portfeli də genişlənərək 19,6 milyard manata çatıb bu da, 2021-ci illə müqayisədə 17,6% çox hesab olunur.
 
2022-ci ilin  dekabrında bankların aktivləri 3,4% və ya 1 milyard 564,7 milyon manat artıb.

Azərbaycanda bankların ümumi kapitallaşması 5 milyard 622,09 milyon manat təşkil edir (artım 13,1%).

Bankların öhdəlikləri 41 milyard 432,8 milyon manata (artım 23,7%) bərabərdir. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 217 milyon manat (32% azalma) səviyyəsində qiymətləndirilir. Banklardakı depozit portfeli 33 milyard 762,56 milyon manat (artım 25,3 faiz), o cümlədən əhalinin əmanətləri 11 milyard 482,95 milyon manat (artım 27,1 faiz) təşkil edir.

Tənzimləyicinin məlumatına görə, 2022-ci ildə bankların ümumi xalis mənfəəti 914,47 milyon manat təşkil edib (2021-ci illə müqayisədə 50,2% artım).

Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 738,8 milyon manat (artım 30 faiz), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 194,4 milyon manat (artım 28,5 faiz) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 1 milyard 215,97 milyon manat (artım 38,8%) olub.

Bankların faiz xərcləri 657,8 milyon manat (artım 22,2%), o cümlədən depozitlər 458,98 milyon manat (artım 26,7%) təşkil edib.

Bankların qeyri-faiz xərcləri 1 milyard 885,2 milyon manat (artım 28,2%), əməliyyat mənfəəti 1 milyard 371,35 milyon manat (artım 45,5%) olub. 

Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 1 milyard 175,96 milyon manat (artım 1,5 dəfə), mənfəət vergisi ödənişləri 261,48 milyon manat (artım 57,9%) səviyyəsində qiymətləndirilir.

31 dekabr 2022-ci il tarixinə Azərbaycanda 25 bank, o cümlədən 11 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.

Ümumilikdə bankların 487 filialı (2021-ci ilin sonuna nisbətən 1,7% artım) və 91 şöbəsi (2021-ci ilin sonunda 97) var.

Azərbaycanın bank sektorunda 22 777 nəfər çalışır (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə 12% artım).
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 19:09
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol