• $
  • £

İtaliya Federasiyası Azərbaycan və Ermənistan arasında barışıq üçün praktiki proqram elan edəcək

İtaliya Federasiyası Azərbaycan və Ermənistan arasında barışıq üçün praktiki proqram elan edəcək
25.02.2023 21:00
"Sabah İtaliya İnsan Haqları Federasiyası Azərbaycan və Ermənistanın barışması üçün praktik proqram elan edəcək, həmçinin iki ölkəni və vətəndaş cəmiyyətlərini barışıq istiqamətində addımlar atmağa çağıracaq”.

Bunu İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı deyib.

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri münasibətlərdə yeni səhifə açmağa və regionda sülh dövrünə başlamağa hazır olduqlarını bəyan etdikdən sonra bu məsələdə beynəlxalq vasitəçiliyin artırılmasının vaxtı çatıb.

"Birincisi, bu, cəzasızlıq və sükuta son qoymaq, Xocalıya ədaləti bərpa etmək üçün vətəndaş cəmiyyəti səviyyəsində həyata keçirilməlidir. Həmçinin hər iki ölkənin icmalarına tanınma, dialoq və yekun barışıq yolu ilə nifrət və inamsızlığın aradan qaldırılmasında kömək etmək lazımdır”, - Antonio Stanqo bildirib.
 
O, Xocalıda törədilən kütləvi qırğından danışaraq qeyd edib ki, burada baş verənlərə dair beynəlxalq səviyyədə tanınmış sübutlar var.

"Human Rights Watch” və "Memorial” təşkilatı baş verənlər barədə daha çox faktı sənədləşdirib, o cümlədən HRW baş verənləri beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması adlandırıb. Buraya mülki əhalinin daha sonra Ermənistanın rəsmi mənbələri tərəfindən dəhliz adlandırılan yoldan qaçarkən güllələnməsinə dair sübutlar da daxildir”, - o söyləyib.

"Bu gün bura həmrəylik əlaməti olaraq - əzizləri ilə bərabər insan nifrətinin qurbanlarının xatirəsini ehtiramla yad etmək və günahsız ruhlarını yad etmək tutmaq üçün toplaşmışıq”, - Federasiya prezidenti bildirib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar "Xocalı: Barışıq üçün tanıyın” ("Khojaly: Reconcile to Recognize Coalition”) beynəlxalq koalisiyasının nümayəndələri Xocalı ilə Ağdam arasında yerləşən və qaçmağa cəhd edən yüzlərlə dinc xocalılının öldürüldüyü "Ölüm dəhlizi”nə baş çəkiblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol