• $
  • £

Ərdoğan seçkilərin mayın 14-də keçirilməsi ilə bağlı fərman imzalayacaq - Sabah qəzeti

Ərdoğan seçkilərin mayın 14-də keçirilməsi ilə bağlı fərman imzalayacaq - Sabah qəzeti
27.02.2023 11:35
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da və ya 11-də mayın 14-də keçiriləcək prezident və parlament seçkilərini rəsmən elan edəcəyi gözlənilir. Bu barədə bazar ertəsi hökumətə yaxın "Sabah” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, həm Ərdoğan, həm də prezidentlə seçki ittifaqında olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı seçkilərin mayın 14-də keçirilməsinin zəruriliyi ilə bağlı həmfikirdirlər. Ölkədə baş verən dağıdıcı zəlzələlərə baxmayaraq, bu tarix hələ də gündəmdədir. Qəzet qeyd edir ki, Ərdoğan mayın 14-nü seçki günü elan etmək, yəni fors-major hal baş verməsə, müvafiq fərmanı imzalamaq niyyətindədir.

"Sabah” eyni zamanda izah edir ki, seçkilərin tarixini elan etmək üçün konstitusiyaya görə ya parlamentin qərarı, ya da prezidentin ayrıca fərmanı tələb olunur ki, bunun üçün Məclisin təsdiqinə ehtiyac yoxdur. Müvafiq olaraq, Ali Seçki Komissiyası (MSK) elan olunmuş tarixi rəhbər tutaraq, 60 gün ərzində səsvermənin keçirilməsi üçün hazırlığa başlayacaq.

Əsas məsələ zəlzələdən zərər çəkmiş 11 əyalətdə səsvermə prosedurudur. Bazar ertəsindən Mərkəzi Seçki Komissiyası zəlzələlərdən sonra böyük dağıntıları nəzərə alaraq, səsvermənin praktiki olaraq necə, hansı rayonlarda və hansı qurumlar əsasında təşkil ediləcəyi ilə bağlı qərar qəbul etmək üçün bölgələrdə yoxlamalara başlayır. Konteyner şəhərciklərində seçki məntəqələrinin və səyyar səsvermə məntəqələrinin təşkili məsələsi də öyrəniləcək.
 
Bundan əlavə, MSK zərər çəkmiş rayonların onları tərk edərək müvəqqəti olaraq başqa əyalətlərdə məskunlaşan yüz minlərlə sakini üçün təlimat hazırlamalı olacaq. Belə olan halda seçicilərin qeydiyyatı və siyahılarının formalaşdırılmasının yaşayış yeri üzrə aparılması, bir çox köçürülənlərin isə hələ də yeni yerdə qeydiyyat sənədlərinin olmaması səbəbindən müəyyən çətinliklər yarana bilər.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 12:29
İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib
Siyasət 11:58
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Siyasət 00:31
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 23:15
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Siyasət 23:07
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Siyasət 22:15
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Siyasət 21:05
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Siyasət 20:30
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol